Prokrorluq orqanlarının keçmiş əməkdaşı Tofiq Ağacanov sabiq baş prokuror Zakir Qaralovun həbsini tələb edir.
Tofiq Ağacanov bununla bağlı Bakı İnzibati Məhkəməsində sabiq baş prokurora qarşı iddiası üzrə məhkəmə prosesində vəsatət verib. Məhkəmə isə bu vəsatəti qəbul edib.
Tofiq Ağacanov bildirib ki, Zakir Qaralovun barəsində cinayət işi başlanmasından ötrü xüsusi qərardad qəbul edilməsinə dair tərəfindən vəsatət verilib: "Hakim vəsatəti qəbul etdi və bildirdi ki, fikirini 16 iyun 2020-ci il tarixdə bildirəcək. Mən prezidentə də bu barədə açıq müraciət gödərmişəm".
Keçmiş prokurorluq işçisi deyib ki, Zakir Qaralovun həbs olunması üçün ciddi əsaslar var, onlarla fakt var.
[caption id="attachment_85405" align="alignleft" width="1280"] Tofiq Ağacanov[/caption]"Bu faktlardan birinin araşdırılması kifayyət edir ki, Zakir Qaralov barəsində cinayət işi başlansın. Mənim və bir neçə nəfərin rəsmi şikayəti var. Sərəncamda olduğumuz halda əmək haqlarımız verilməyib. Söhbət yüzlərlə belə prokuorluq işçisinin maaşlarından gedir. Ortada mənimsəmə cinayəti var".
T.Ağacanov onun adına maaş yazılıb kimlərsə tərəfindən mənimsənildiyinə, ona verilmədiyinə görə məhkəmədən cinayət işinin açılmasını xahiş edir.
"Sərəncamda olduğum müddətdə əmək haqqı cədvəlində mənim adıma maaş yazılıb, amma mənə ödənilməyib və mənimsənilib. Bununla da, Baş Prokurorluqda vəzifəli şəxslərin hərəkətlərində dövlət əmlakının xeyli miqdarda mənimsənilməsi kimi cinayət əlaməti aşkara çıxıb. Bu əsaslara görə, məhkəmədən qanunvericiliyin müvafiq maddələri ilə cinayət işinin başlanmasından ötrü xüsusi qərardad qəbul edilməsini xahiş etmişəm".