Nazirlər Kabinetinin qərarına əsasən işsizlərə verilməli olan kompensasiyalarla bağlı fəaliyət göstərən elektron sosial dövlət portalına daxil olmaq mümkün deyil.
Abzas-ın məlumatına görə, aprelin 6-da nazirlik sayta müraciət edənlərin sayının çox olduğuna görə yüklənmənin yarandığını və vətəndaşların müəyyən vasilələrdə yenidən cəhd etməli olduqlarını açıqladı.
Aprelin 6-da sosial şəbəkə istifadəçiləri müəyyən çətinliklə olsa da sayta daxil ola bildiklərin deyir, lakin qeydiyyata alınmaq üçün gərəkli olan sms təsdiqinin mobil nömrələrə gəlmədiyini bildirirdilər.
Bu gün, aprelin 7-də isə nazirliyin saytına ümumiyyətlə giriş mümkün deyil. Sayta baş verən bu problemlə bağlı hələlik rəsmi açıqlama yayılmayıb.
Bu məqamda iki sual yaranır: işsizlik üçün müraciət edənlərin sayı çox olduğuna görə sayt çöküb, yoxsa nazirlik özü saytı bağlayıb? Əgər sayt çökübsə, onda 1 milyon manatdan çox vəsait hara, necə xərclənib?
Bildiririk ki, nazirliyin bu digər elektron sistemlərinin qurulmasına tender yolu ilə 1.035.981 manat xərclənib və iş AİST GROUP MMC-yə verilib.