İsraildə sosial məsafə saxlamaqla etiraz aksiyası keçirilib [Fotosessiya]

İsraildə sosial məsafə saxlamaqla etiraz aksiyası keçirilib [Fotosessiya]
20 Aprel 2020
Mətni dəyiş

Koronavirusa pandemiyasına baxmayaraq İsrail müxalifəti paytaxtı Təl-Əvivdəki Rabin meydanında etiraz mitinqi keçirib. Bu barədə 'Reuters' xəbər yayıb. 

Məlumata görə, barəsində korrupsiya ittiham ilə iş qaldırılan Benyamin Natanyahunun növbəti dəfə baş nazir seçilməməsi üçün müxalif fəallar nümayiş keçiriblər.

Meydanda qara bayraqlar qaldıran etirazçılar koronavirus səbəbiylə 2 metrlik sosial məsafə qaydalarına riayət edərək toplaşıblar.

Müxalifət lideri Yair Lapidin də iştirak etdiyi etirazda pandemiyaya rəğmən təxminən 2 min insan iştirak edib. Mitinqdə çıxış edən Lapid baş nazir Natenyahunu İsraildə demokratiyanı yox etməkdə ittiham edərkən, keçmiş tərəfdaşı Mavi-Bəyaz İttifaqının lideri Benni Qantzı ona kömək etməkdə ittiham edib.

Müxalifət lideri Natenyahu ilə koalisiya hökuməti qurmaq üçün görüşlərə başlamasına görə Qantzı sərt tənqid edib:

"Hökumətdə təmsil olunmaq üçün əlləşirlər və özlərinə hekayə uydurub 'içəridən mübarizə aparacağıq' deyirlər. Korrupsiya ilə sistemin içindən mübarizə aparılmaz, aparıla bilməz. Əgər içəridəsənsə, deməli bunun bir parçasısan".

Lapid bildirib ki, korrupsiya ittihamı ilə edilən Natenyahu baş nazir olmamalıdır: "Haqqında cinayət işi açılan şəxs polis rəisini, baş prokuroru, işinə baxacaq hakimləri təyin edə bilməz. Natenyahunun istəyi bunlardı".

Natenyahuya qarşı 17 apreldə də Təl-Əvivdə etiraz keçirilmişdi. Baş nazirin ittiham olunduğu iş Covid-19 səbəbilə təxirə salınıb.

İsrailin baş prokuroru Aviçai Mandelblit 2019-cu il noyabrın 21-də Natenyahu barəsində cinayət işi açılmasına qərar verib.

Bundan sonra baş nazir toxunulmazlığı üçün parlamentə müraciət etmişdi, ancaq müxalifət partiyaları buna qarşı çıxandan sonra yanvarın 28-də Natenyahu müraciətini geri götürmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun