3 Mart 2020
Mətni dəyiş
Bu il YouTube tərəfinən yayımlanan şəvvaflıq hesabatlarına görə 5,8 milyon video bloklanıb. Eyni zamanda 2 milyona yaxın Youtube kanalı da bağlanılıb. Youtube 108.779 videonun blokunun qarldırılması üçün müraciət edildiyini, ancaq onların cəmi 23.471-nin blokunun açıldığını bəyan edib.
2019-cu ilin noyabr və dekabr aylarında silinən videoların ümumi sayı 5,88 milyondur. Bu videoların 5,3 milyonunu heç kim şikayət etmədən siliblər. YouTube bu videoların 64,7 faizini heç bir baxış olmadan silib.
Şirkətin məlumatına görə silinən vieoların 52 faizi spam, fırıldaqçılıq, yanlış fikir yaratma məqsədli hazırlanıb. Uşaqların təhlükəsizliyi üçün silinən videoların miqdarı isə bütün videoların 15,8 faizini təşkil edir. YouTube açıq-saçıq yaxud cinsi məzmundu, zorakılıq, psixoloji zərərvericilik kimi təhlükələrin yer aldığı videoları xəbərdarlıq etmədən sildiyini bəyan edib.