Hakim Yeni Azərbaycan Partiyası martın 10-da partiyanın əksəriyyət təşkil etdiyi Milli Məclisin rəhbərliyini tamamilə dəyişdirib.
Parlamentin bu gün keçirilən ilk iclasında spiker, I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.
Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib.