Fransada hökümət sürətlə yayılan koronavirus xəstəliyinə yoluxma halları ilə əlaqədar ölkədəki çoxsaylı maska anbarlarına reyd keçirərək maskaları müsadirə edib.
Euronews-un məlumatına görə bu barədə Fransanın prezidenti Emmanuel Makron açıqlama yayıb. Onun sözlərinə görə həm anbarlardakı, həm də istehsal olunan çoxlu sayda maskanı dövlərin müsadirə edib.
'Twitter' sosial şəbəkəsində bu haqda yazan Makron dövlət tərəfindən ələ keçirilən maskaların tibb işçilərinin vasitəsilə koronavirusa yoluxanlara paylanılacağını bəyan edib.
Bundan öncə Fransa Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 4 nəfər olduğunu açıqlamış, virusa yoluxanların sayının isə 204 nəfər olduğunu bəyan edib.
Fransa prezidenti Makrona yaxın mənbələr anbarlardakı maskaların dövlət tərəfindən ələ keçirilməsini həm də böhran vəziyyətinin mükəmməl surətdə idarə edilməsi kimi qiymətləndiriblər.
Fransa höküməti indiyədək fövqəladə hallar üçün saxlanılmış 160 milyon ədəd maskanın 10 milyonunu apteklərə, xəstəxanalara və həkimlərə paylamışdı. Ölkədəki apteklər maskaların tükəndiyini və bu üzdən insanlara yüksək qiymətlərə satıldığını bildirir.