Avstriya kansleri Avropa Birliyi sərhəddlərinə qaçqınlara qarşı polis yığmağı təklif edir

Avstriya kansleri Avropa Birliyi sərhəddlərinə qaçqınlara qarşı polis yığmağı təklif edir
2 Mart 2020
Mətni dəyiş
Avstriyanın kansleri Sebastyan Kurç Turkiyə tərəfdən Avropa Birliyinə gəlməkdə olan minlərlə qaçqının önünü kəsmək üçün tədbirlər görməyi təklif edib. O deyib ki, 2015-ci ilin yenidən təkrarlanmasına imkan verilməməlidir, qeyri-qanuni miqrantların qarşısı elə sərhəddlərdəcə alınmalıdır. "Biz AB sərhəddlərində yerləşən ölkələri əlavə polis qüvvəəri ilə dəstəkləməyə hazırı. Əgər bu alınmasa Avstriya öz sərhəddlərini qoruyacaq"- deyə kansler bildirib. Bundan əlavə Avropa Sərhəd Mühafizəsi Agentliyi olan "Frontex"in AB liderləri üçün hesabatına görə Türkiyədən çıxan böyük insan kütləsi artıq Yunanıstana doğru axın edir, hətta Türkiyə tərəfi onlara mane olsa belə onların qarşısını almaq mümkün olmayacaq. Hesabata görə yaxın günlərdə vəziyyət daha da pisləşəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun