Yaponiya gələcəkdə tamamilə elektron valyutaya keçməyi hədəfləyir

Yaponiya gələcəkdə tamamilə elektron valyutaya keçməyi hədəfləyir
5 Fevral 2020
Mətni dəyiş
Yaponiyanın Mərkəzi Bankı (YMB) son bir neçə ildir ki, elektron valyutaya keçməyə hazırlıq görür. Bununçün "Mərkəzi Bank Kriptovalyutası" üzərində işlər görülür. Yanvarın 22-də YMB beş ölkənin mərkəzi bankı və Beynəlxalq Bankla kriptovalyuta ilə bağlı danışıqlar aparıldığını bildirib. Bu açıqlamadan sonra dünya birjaları "Elektron Yen" gözləntisini artırıb. Əgər bu gerçəkləşərsə Yaponiya öz mərkəzi bankı tərəfindən tamamilə elektron valyutaya keçən ilk ölkə ola bilər. JMB sədrinin müavini Masayoşi Amamiya açıqlamasında deyib ki, Yaponiya qısa zamanda deyil, orta yaxud uzun müddət içində öz hədəfinə doğru irəliləməyə çalışır. İlkin olaran məlumdur ki, JMB rəqəmsal valyutanın istifadəsi üçün Kanada, İngiltərə, İsveç, İsveçrə və Avropa Birliyinin Mərkəzi Bankları ilə birgə çalışacaq. 2020-ci ilin sonlarına qədər Yaponiya Mərkəzi Bankı elektron valyuta ilə bağlı olan bütün problemləri aradan qaldıracağını düşünür. Yapon höküməti düşünür ki, dövlətin dəstəyilə və planlı elektron pullar çirkli pulların yuyulması və ya vergidən yayınmanın qarşısını maksimum ala bilər. Ancaq elektron pul ortaya çıxandan sonra və bunu dövlətlər öz rəsmi pul vahidi adlandırandan sonra bütün ölkələrin mərkəzi bankları arasında çox yaxın əməkdaşlıq tələb olunur. Bunun dünyanın siyasi iqlimində nə qədər mümkün olduğu isə hələlik bilinmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun