6 Fevral 2020
Mətni dəyiş
"Müsəlman Birliyi" Hərəkatının üzvü Elvin Muradov fevralın 5-də Moskvadan qayıdarkən Bakı aeroportunda saxlanılıb. Bu barədə Turan-a Muradovun ailə üzvləri bildiriblər. O, uzun müddətdir qazanc üçün Rusiyaya gedib və vaxtaşırı Bakıya gəlir. O, sonuncu dəfə yarım il əvvəl Azərbaycanda olub.
"Bu dəfə o, səhhəti və övladının ad günü ilə əlaqədar Bakıya gəlib. Saat 13:30-da Bakıya çatdıqdan sonra o, aeroportda polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra onun haqqında heç bir məlumat yoxdur", deyə Muradovun yaxınları bildiriblər.
Onlar hesab edirlər ki, Muradov MBH-nin həbs edilmiş lideri Taleh Bağırzadənin müdafiəsinə həsr olunmuş mahnıların ifasına görə saxlanılıb.
"Elvin şair və mahnılar bəstələyib oxuyur. O, çox güman ki, Taleh və digər məhbuslar haqqında oxuduğu mahnılara, yazdığı şeirlərə görə saxlanılıb", deyə qohumları qeyd ediblər.
DİN-dən şərh almaq mümkün olmayıb.