18 Fevral 2020
Mətni dəyiş
Real TV kanalının üç əməkdaşı - Ləman Ələşrəfqızı, İlqar Mikayıloğlu və Afət Telmanqızı işdən çıxarılıb.
Bu barədə Afət Telmanqızı şəxsi "Facebook" hesabında yazıb.
Məlumata görə, telekanalın rəhbəri onlarla yeni əmək müqaviləsi bağlamayıb.
Qeyd edək ki, jurnalistlər Ləman Ələşrafqızı və Afət Telmanqızı fevralın 9-da növbədənkənar keçirilən parlament seçkilərində deputatlığa namizəd olublar. Seçkidən sonra bu namizədlər MSK-nı nəticələri saxtalaşdırmaqda günahlandırıblar. İlqar Mikayıloğlu isə keçmiş deputat Gülər Əhmədovanın qardaşıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları G.Əhmədovanın oğlunu qanunsuz silah saxlamaq ittihamı ilə həbs ediblər.