25 Fevral 2020
Mətni dəyiş
Misir dövlət televiziyasının xəbərinə görə, uzun müddətdir sağlamlıq problemləri olan keçmiş prezident Hüsnü Mübarək 91 yaşında həyatını itirib.
Mübarəkin oğlu bir müddət öncə etdiyi açıqlamada atasının xəstəliyinə görə reanimasiyaya yerləşdirilməsini demişdi.
Xatırladaq ki, Hüsnü Mübarək 1928-ci ildə dünyaya gəlib və 1981-ci ildə prezident Ənvər Sədata qarşı sui-qəsd törətməklə hakimiyyət başına keçmişdi. O 2011-ci ildə Misirdə baş verən "Ərəb Baharı" üsyanından sonra istefa verməyə məcbur qalmışdı. 2016-cı ilə qədər həbsdə yatan Mübarək ömrünün son illərini xəstəxanada keçirib.