25 Fevral 2020
Mətni dəyiş
25 fevral 1921-ci ildə Gürcüstan Demokratik Respublikasının sovet Rusiyası tərəfindən işğal olunması münasibətiylə bu gün Gürcüstanda bütün dövlət idarələrində və bu ölkənin diplomatik təmsilçiliklərində ölkə bayraqları endirilib.
Bu haqda qərar Gürcüstan parlamentində 21 iyul 2010-cu ildə verilib. Qərara görə 25 fevral Sovet İşğalı günü elan edilib. Həmin gün ölkəboyu öldürülmüş yüz minlərlə insanın xatirəsini yad etmək üçün ölkə bayraqları endirilir.
1921-ci ilin 25 fevralında rus Qırmızı Ordusunun hissələri Tbilisiyə girərək qanuni yolla seçilmiş höküməti devirərək ölkəni işğal edib.