27 Fevral 2020
Mətni dəyiş
Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, xəstəliyin aşkarlandığı 50 yaşlı şəxs fevralın 25-də İrandan Azərbaycana, buradan isə Gürcüstana keçib. Şəxsin Gürcüstan vətəndaşı olduğu bildirilir.
O, Tbilisidə xəstəxanaya yerləşdirilib.