25 Fevral 2020
Mətni dəyiş
Azərbaycanın “Buta Airways” loukosteri hazırda İrana uçuş cədvəlini ləğv etməyi planlaşdırmır. Bu barədə bu gün AZAL QSC-nin mətbuat xidməti bildirib.
“Buta Airways” Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL-ın prezidenti Cahangir Əsgərov deyib.
Eyni zamanda Bakı beynəlxalq hava limanında İrandan gələn reyslərdə sanitar- karantin nəzarəti gücləndirilib, məlumatda bildirilir.