3 Fevral 2020
Mətni dəyiş
"ABŞ Belarusu münasib qiymətə 100 faiz neftlə təmin edə bilər". - bunu ABŞ dövlət katibi Mayk Pompeo Minskdə Belarus prezidenti ilə görüşdən sonra deyib.
"Bizim enerji daşıyıcıları istehsalçılarımız sizi lazımi neftlə 100 faiz təmin edə bilər, özü də sizinçün uyğun qiymətə. Biz dünyada ən böyük enerji daşıyıcısı istehsalçısıyıq. Sizə nə lazımdırsa bizdən istəyin" - deyə Pompeo bildirib.
Qeyd edək ki, Pompeo son 24 ildə Belarusa səfər etmiş ilk yüksək vəzifəli ABŞ rəsmisidir. O Rusiya ilə Belarus arasında neft və qaz razılaşmasında ixtilaflar yarandığı dövrdə bu ölkəyə səfərə gəlib.