Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar.
Azərbaycanın dövlət himni səsləndirilib.
Daha sonra, vətəndaşlar şəhidlərin xatirəsinə ehtiramlarını bildirmək üçün Şəhidlər xiyabanını ziyarət edib, onların ruhlarına dualar oxuyublar.
Bundan sonra, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edilb.
Müharibədə Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Bu gün müharibədə şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.