Udinlər Xudavənddə ibadət ediblər

Udinlər Xudavənddə ibadət ediblər
7 Dekabr 2020
Mətni dəyiş

Dekabrın 4-də Azərbaycanın alban-udin pravoslav icmasının nümayəndələri işğaldan azad edilmiş Kəlbəcər rayonunda Xudavənd monastrını (və ya ermənilərin Dadivan adlandırdıqları) ziyarət edib və ibadət ediblər.

Erməni apostol kilsəsinin oradakı iki ruhanisi mərasimə mane ola bilməyib.

Orada olan Rusiya sülhməramlıları da ibadət ediblər.

Danakari qeyd edib ki, Azərbaycanda 400-ə yaxın alban kilsəsi var və onları mütləq ziyarət edəcəklər. "Azərbaycanın azad edilmiş ərazilərində də alban kilsələri var, onların 300-dən çoxu Qarabağ regionundadır. Biz onların hər birini ayrı-ayrılıqda ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərdə yerləşən kilsə və monastrlarda olan bütün tarixi əşya və ədəbiyyatı məhv ediblər, alban kilsələrində və monastrlarında erməni xaçlarını quraşdırıblar. Kəlbəcər rayonunun işğalından sonra ermənilər Xudavənddə alban kilsəsinə aid bütün tarixi-dini əşyaları məhv ediblər".

Erkən orta əsrlərdən başlayaraq və 1836-cı ilə qədər bu dini müəssisələr IV əsrdən 1836-cı ilədək avtokefal (müstəqil) olan Alban Apostol kilsəsinə məxsus olub. Alban patriarxlığının mərkəzləri Çola, VI-VIII əsrlərdə Bərdə, VIII–IX əsrlərdə Bərdəkur, sonra Çarek-Həmşi (Gədəbəyin yaxınlığında), qısa müddətdə isə Xaçendə apostol Faddey-Dadinin şagirdinin şərəfinə Dadivank Kilsəsi (Mar-Yelisey) və nəhayət, 1240-cı ildən 1836-cı ilədək Qandzasar (Qandzasar kafedralı) olub.

11 mart 1836-cı ildə imperator Birinci Nikolay erməni kilsəsi haqqında xüsusi "əsasnamə" imzalanmışdı. Bu sənədə əsasən alban katalikosatı ləğv edilmiş, onun yerində isə Qriqorian katolikosatının yurisdiksiyasında iki yeparxiya (Şuşa və Şamaxı) yaradılmışdı. Bu aktdan sonra xristian albanlar, o cümlədən udinlər qriqorianlığı qəbul etməli və Eçmiədzin kilsəsinin yeparxiyalarında ibadət etməli idilər ki, bu da albanların bir hissəsinin mədəni-ideoloji assimilyasiyasına gətirib çıxarıb.

Kilsənin ləğvindən sonra Eçmiədzin tərəfindən alban etnomədəni irsinin təcavüzkarcasına mənimsənilməsi və erməni irsinə transformasiyası siyasəti, həmçinin albanların deetnikləşdirilməsi siyasəti həyata keçirildi. Bu, ilk növbədə alban-xristianlar üçün  kilsələrinin inşası və demontajı ilə həyata keçirilirdi ki, udinlər etiraz əlaməti olaraq ora getmədilər. Azərbaycan ərazisində Qarabağ regionundan kənarda iki alban-udin kilsəsi fəaliyyət göstərir.

Azərbaycan alban-udin icmasının rəhbəri Robert Mobili Turan-a şənbə günü Xudavənd monastrında baş verən hadisə barədə danışıb. Bəzi Azərbaycan KİV-də bu hadisə yanlış işıqlandırılıb. R. Mobilinin dediyinə görə, mərasimdə iştirak edən Azərbaycan alban-udin icması rəhbərinin müavini Rafiq Danakari Kəlbəcər rayonunda Xudavənd monastrının vaizi təyin edilməyib.

Məlumatlarda doğru olan nədir?

- Bu monastrda alban vaiz və başqa dini şəxs hələlik yoxdur. Bu məsələlər hazırda Azərbaycan dövləti səviyyəsində həll olunur,  çünki ermənilər monastrda elə vəziyyət yaradıblar ki, sanki müharibə olmayıb, sanki Azərbaycan öz torpaqlarını geri qaytarmayıb və əvvəlki kimi Xudavənddə ermənilər rəhbərlik edirlər.

KİV-in məlumatlarında R.Danakarinin sözləri doğru sayılmalıdır. O, jurnalistlərə açıqlamasında deyib: “Azərbaycanda 400-ə yaxın alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər: İşğaldan azad edilən ərazilərdə də alban kilsələri var. Onların 300-dən çoxu Qarabağ bölgəsindədir. Onların hər birini ayı-ayrılıqda ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərdə olan kilsə və monastrlardakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, alban kilsələrinə, monastrlara erməni xaçı quraşdırıblar”.

- Xudavənd alban məbədində kimlərlə görüşdünüz?

- Biz, alban icmasının 12 nümayəndəsi ora dekabrın 5-də getdik. Bizimlə bir qrup jurnalist, Azərbaycan hərbçiləri, Azərbaycan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsi getmişdi. Bizi monastrı mühafizə edən Rusiya hərbi sülhməramlıları müşayiət edirdilər.

Əraziyə daxil olarkən 7, ya 8 erməni gördük, bəziləri dini geyimdə idi. Görünür, onlar Kəlbəcərə sülhməramlıların müdafiəsi altında gəlirlər və həmin gün Ermənistana qayıdırlar. Bu adamlar bizə ibadət etməyi qadağan etməyə çalışdılar, dedilər ki, adi ziyarətçilər kimi məbəddə şam qoya və yandıra bilərik.

"Bu, erməni kilsəsidir, burada başqa konfessiyaların adamları dua edə bilmirlər", - onlar deyirdilər. Biz etiraz etdik ki, dedik ki, əvvəla, ermənilərin monastra ziyarəti məhdudlaşdırmağa hüququ yoxdur, hətta müsəlmanlar da xristian kilsəsini ziyarət edə bilər, xristian udinlərə ibadəti qadağan etmək mümkün deyil.

Müzakirədə pravoslav keşiş iştirak edib. Müzakirələrdən sonra ermənilər bizə mane olmamağı qərara aldılar və biz alban müqəddəslərindən - xaç və Bibliyadan istifadə edərək ənənəvi udin ibadətini həyata keçirdik. Qarabağın azadlığı uğrunda qəhrəmancasına həlak olan azərbaycanlı şəhidlərə rəhmət dilədik.

-  Ermənilərlə nə barədə danışdınız, hansı ümumi nəticələrə gəldiniz? – Orada olan ermənilər özlərini ev sahibi kimi aparırlar, sanki son 2 ayda heç nə baş verməyib. Onlar Rusiya hərbçilərinin müdafiəsi altındadırlar, bu problem dövlət səviyyəsində həll olunmalıdır, belə olmamalıdır. Ermənilər  jurnalistləri məbədə ibadətə buraxmadılar. Biz etiraz etdik, amma nəticədə jurnalistlər ibadət üçün kilsəyə girmədilər, mən belə qadağanı necə izah edəcəyimi bilmirəm.

Qızğın müzakirə oldu. Biz ermənilərə Alban Qafqaz Kilsəsinin tarixini xatırlatdıq, onlara dedik ki, erməni keşişlər xristian albanlara qarşı qardaşcasına davranmırlar. Kompleksin girişində görünən Memarlıq və xaç formasının xüsusiyyətləri nümunəsində alban məbədinin erməniləşdirilməsi, qriqorianlaşdırılması faktlarını göstərmişlər.

Belə ki, Qafqaz Albaniyasında dinin tarixini dindarlardan saxlayırlar, albanları Qafqazda Pravoslav Kilsəsinin tarixi yaradıcıları kimi yada salmırlar. Kompleksin girişində görünən memarlıq və xaç formasının özəllikləri nümunəsində alban məbədinin erməniləşdirilməsi, qriqorianlaşdırılması faktlarını göstərdik.

Daşkəsən ərazisilə Kəlbəcərə altısaatlıq yol boyunca yalnız iki alban məbədi gördüm, onlar da  bombalanmadan sonra yarıdağılmış vəziyyətdə idi. Mən ermənilərə dedim ki, 27 il ərzində onların sahibliyi dövründə bu məbədləri bərpa etməyiblər, axı Kəlbəcərdə hərbi əməliyyatlar olmayıb. Tarixi faktları müzakirə etdik, bu ərazidə erməni kilsələrinin inşasından öncə mövcud olmuş Qafqaz Albaniyasının yerləşmə xəritəsini göstərdik.

Onlarla danışmaq çətindir, yalana bürünüblər. Onlar bizə etiraz etdilər ki, Bakıda erməni kilsəsində kazino işləyir. Biz hiddətləndik: Bakının mərkəzində kazino necə ola bilər, azart oyunları Azərbaycanda qadağan edilib! Mən erməni kilsəsinin içərisindən foto göstərdim, orada kitablar saxlanılır. Bu zaman ermənilərdən biri yumşaldı, yadına saldı ki, erməni patriarx Qaregin Bakıda olanda erməni kilsəsinə getmişdi.

- Xudavənd monastrını ziyarətdən sonra nə edəcəksiniz?

- Bu, əsas məsələdir. Mən bütün gecə yolda yatmamışam, sonra evdə sənədlərlə işləmişəm. Qafqazdakı Alban Kilsəsini 1836-cı ildə Rusiya Sinodu və çarın fərmanı ilə ermənilər tərəfindən götürülmüş kanonik əraziyə qaytarmaq lazımdır. Ermənilər müharibəni uduzdular, Azərbaycandan çıxdılar, ancaq kanonik ərazini tərk etmək istəmirlər. Bu məsələni Azərbaycan dövlətinin iştirakı ilə həll etmək lazımdır. Rusiya sülhməramlıları erməniləri dəstəkləyirlər, orada onlara sahib kimi rahat şərait yaradılıb. Belə olmamalıdır.

Alban Pravoslav Kilsəsi avtokefaldır, bizim məbədlərə qayıtması üçün hansısa ali din adamının icazəsi lazım deyil. Biz Konstantinopola tabe deyilik, Alban kilsəsi Qüds xristian kilsələrinə aiddir. 200 il Qafqaz albanlarının öz ali keşişi olmayıb, hazırda bu təşkilatçılıq məsələləri üzərində işləyirik. Hələlik hamısını deyə bilmərəm, tədricən ictimaiyyət hər şeyi biləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun