Türkiyədə İstanbul şəhər məhkəməsi bir müddət əvvəl saxlanan Rusiyanın NTV kanalının əməkdaşlarının azadlığa buraxılmasıyla bağlı qərar çıxarıb.
"TASS"-ın dekabrın 7-də verdiyi məlumata görə, rus jurnalistlərlə birgə saxlanılan Türkiyə vətəndaşları da azad ediliblər.
Rus jurnalistlərin tezliklə ölkələrinə deportasiya ediləcəyi bildirilib.
Dekabrın 3-də NTV kanalının jurnalistləri Aleksey Petruşko və İvan Malışkin İstanbulda "Bayraktar" PUA-larının istehsal olunduğu zavodun yaxınlığında polis tərəfindən saxlanılmışdılar. Onlar qanunsuz çəkiliş aparmaqda ittiham edilirdi.