Türkiyədə "Bayraktar" zavodu ətrafında çəkiliş aparan rus jurnalistlərin işi məhkəməyə yollanıb

Türkiyədə "Bayraktar" zavodu ətrafında çəkiliş aparan rus jurnalistlərin işi məhkəməyə yollanıb
7 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 4-də İstanbulda həbs olunan Rusiyanın NTV kanalında çalışan jurnalistlər Aleksey Petruşkov və İvan Malışkinə qarşı açılan cinayət işi bu gün məhkəməyə göndərilib. Bu haqda Türkiyənin xarici işlər nazirliyi məlumat yayıb. Ancaq nazirlik jurnalistlərin nədə ittiham olunduğunu hələlik bildirməyib. Xatırladaq ki, rus jurnalistlərindən dekabrın 3-dən sonra xəbər alınmayıb. Onlar Türkiyədə Azərbaycanın da Qarabağ müharibəsində istifadə etdiyi Bayraktar pilotsuz uçuş aparatlarının istehsal edildiyi "Bayraktar Savunma" zavodu ətrafında çəkilişlər aparıblar. Polislər onları saxlayarkən məlum olub ki, onların Türkiyədə jurnalist fəaliyyətə göstərməyə akkreditasiyaları olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun