“Pfizer” və “BioNTech” şirkətləri 30 noyabr 2020-ci il tarixində “COVID-19”a qarşı “mRNA” peyvənd namizədi “BNT162b2” üçün Avropa Dərman Agentliyinə Şərti Marketinq İcazəsi üçün rəsmi müraciət təqdim edib.
Bu barədə şirkətlərin birgə yayımladığı press-relizdə məlumat verilib. Bildirilib ki, icazə təsdiqlənəcəyi təqdirdə peyvənd ilin sonuna qədər Avropada istifadəyə buraxıla bilər.
“Avropanın mərkəzində yerləşən bir şirkət olaraq, “BNT162b2”nin təsdiqlənməsi ilə dünya miqyasında tədarükün təmin edilməsinə çalışdığımız üçün bu günümüzdəki mərhələ bizim üçün vacibdir” ,- deyə “BioNTech” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Uğur Şahin bildirib.