"Time" jurnalı ənənəsinə uyğun olaraq, ilin adamının adını açıqlayıb. Jurnal bu dəfə ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydeni və vitse-prezident Kamala Harrisi "ilin adamı" elan edib.
Hadisə ilə əlaqədar olaraq, dekabrın 10-da jurnalda qələmə alınmış məqalədə qeyd olunub ki, Co Bayden "COVİD-19" pandemiyasına çox ciddi yanaşır, o, bir vaxtlar Harrislə rəqib olub, indi isə tərəfdaşdır. "Onlar inanırlar ki, yaxşı idarəçilik itirilmiş həmrəyliyi bərpa edə bilər", - deyə məqalədə qeyd olunub.
"Time" jurnalının ilin adamı nominasiyasına bu il polis tərəfindən qətlə yetirilən Corc Floyd adlı afroamerikalı da iddialı olub.
Siyahıda həmçinin ABŞ-ın indiki prezidenti Donald Tramp, ölkənin başinfeksionisti Entoni Fauçi və tibbi işçilərinin də adları vardı. Ancaq sonda qalib Cozef Bayden və Kamala Harris olub.