Dekabrın 3-dən 6-dək cəbhəboyu ərazilərdə keçirilən əməliyyatlar zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6 700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.
Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 06 dekabradək Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz boru kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 1 208 ədəd partlamamış hərbi sursat (PHS), 04 367 ədəd piyada əleyhinə mina, 1 202 ədəd tank əleyhinə mina, 1 772 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 410 ədəd 9N235 bombacıqları, 20 704 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 568 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 767 ədəd partlamış raket hissələri aşkar olunub.
Təxmini hesablamalara görə, münaqişə bölgəsində 50 mindən 100 minədək mina basdırılıb. Minaların daha çox Ağdam, Tərtər və Füzuli istiqamətlərində basdırıldığı güman edilir. Münaqişə başlayandan ondan çox insan mina qurbanı olub.