Son toqquşmalarda 100 erməni hərbçinin itkin düşdüyü bildirilir

Son toqquşmalarda 100 erməni hərbçinin itkin düşdüyü bildirilir
16 Dekabr 2020
Mətni dəyiş

Ermənistanın Müdafiə Nazirliyi qondarma Dağlı Qarabağ Respublikasının Hadrut rayonunda dislokasiya olunmuş hərbi mövqelərdəki hərbçiləri ilə əlaqəsini itirdiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, dekabrın 15-də Hadrud rayonunun (Xocavənd rayonunun) Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətində erməni hərbçilərlə əlaqə itib.

Ümumilikdə itkin düşən hərbçilərin sayı 100-ə qədərdir. Hərbçilərin axtarışı rus sülhməramlıların köməyilə aparılır. Bu haqda "Armenpress" agentliyi məlumat yayıb.

Bundan əlavə qondarma rejimin prezidentinin mətbuat xidmətinin rəhbəri Vaqram Poqosyan deyib ki, Azərbaycan tərəfi ilə Hadrud rayonunun (Xocavənd rayonunun) Xin Şen kəndi ətrafında da toqquşma olub. Sonradan məlum olub ki, Azərbaycan hərbçiləri sadəcə kənd ətrafında erməni postlarının birinin boşaldılmasını tələb edib, ermənilər isə buna etiraz edirmiş.

Bundan əvvəl sosial şəbəkələrdə və bəzi Azərbaycan KİV-də azad edilmiş ərazilərdə 100-ə qədər erməni hərbçisinin əsir alınması ilə bağlı videokadrlar yayılmışdı. Bildirilirdi ki, yüzlərlə erməni təxribatçısı əsir götürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun