Slovakiya polisinin keçmiş rəhbəri Milan Luçanski, Kəşfiyyat və əks-kəşfiyyat Xidməti direktorunun müavini Boris Benya korrupsiyada şübhəli bilinərək həbs olunublar.
“RİA Novosti” xəbər verir ki, bu barədə yerli polis bildirib.
M Luçanski dekabrın 2-də Xorvatiyaya qaçmışdı. Ancaq dekabrın 3-də Bratislava qayıdaraq polisə təslim olub. O, 2018-ci ilin iyunundan 2020-ci ilin avqustunadək Slovakiya polisinə başçılıq edib. Ölkənin M.Luçanskidən əvvəlki polis rəisi Tibor Gaspar da həbs olunub.
Boris Benya ilə birlikdə Slovakiya İnformasiya Xidmətinin (Kəşfiyyat və əks-kəşfiyyat Xidməti) yüksək vəzifəli daha 3 əməkdaşı da həbs edilib.
Onlar Slovakiyada kölgə iqtisadiyyatı ilə əməkdaşlıqda şübhəli bilinirlər.