29 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 29-da Soçidə Rusiya xarici işlər naziri Serqey Lavrovla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun üzbəüz görüşü baş tutub. Görüşdə iki tərəf Rusiyadan alınan S 400 HHM sistemləri, Liviyadakı vəziyyət, Türkiyəyə ABŞ tərəfindən qoyulan sanksiyalar, Ukraynadakı vəziyyət, Qarabağ müharibəsindən sonra regionun durumu və s. məsələləri müzakirə edib.
Görüşdən əvvəl tərəflər ikitərəfli və regional məsələlərdə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə baş naziri Receb Tayyib Erdoğanın mütəmadi dialoq və yüksək səviyyəli qarşılıqlı etibarlı münasibətlərinin böyük rolunu vurğulayıblar. Sonra tərəflər bir çox məsələ ilə birlikdə Dağlıq Qarabağla bağlı da müzakirələr ediblər.
Rusiya XİN rəhbəri Serqey Lavrov deyib ki, Dağlıq Qarabağ məsələsində RF və Türkiyə bir məsələdə həmfikirdir ki, regiona əcnəbi muzdlu döyüşçülər daxil olmamalıdır. Bu məsələdə biz türk həmkarlarımızla tamamilə vahid mövqedəyik.