Dekabrın 12-də tanınmamış Dağlıq Qarabağ Respublikasının parlamentinin keçmiş deputatı Ruslan İsraelyanın Ermənistan höküməti ilə telefon danışıqları mediada yayılıb.
Danışıqda İsraeliyan İkinci Qarabağ müharibəsi dönəmində Ermənistan Respublikasından əlavə qüvvələr istəyir və bu qüvvələrin çatdırılmadığından şikayətlənir, o Ermənistan rəhbərliyinin ünvanına biədəb sözlərdən istifadə edir.
İsraelyan 'Pastinfo' saytına açqlamasında danışığın həqiqiliyini təsdiqləyib.
Bundan öncə Teleqram sosial şəbəkəsində kanallardan birində İsraelyanın qondarma respublikanın prezidenti Araik Arutunyanla danışıqlarının səs yazısı yayılmışdı. Bu səs yazısında Arutunyan Ermənistan Respublikasından xahiş etdiyi əlavə kömək qüvvələrinin artıq 10 gündür gecikdirildiyindən şikayətlənirdi.