14 Dekabr 2020
Mətni dəyiş
Beynəlxalq jurnalist təşkilatı olan Sərhəddsiz Reportyorlar Təşkilatı (RSF) 2020-ci il üçün mətbuat azadlığı hesabatını dərc edib. Hesabatda deyilir ki, 2020-ci il 1 dekabr günündə dünyada ümumilikdə 387 jurnalist peşəsi səbəbiylə həbsdədir. Həbsdəki jurnalistlərin 61 faizi ümumilikdə beş ölkədən olan jurnalistlərdir, bunlar: Çin, Səudiyyə Ərəbistanı, Misir, Vyetnam və Suriyadır. Hesabatda həmçinin həbsdə olan jurnalistlərdən başqa dünyada 54 jurnalistin bu il oğurlandığı, onların 4 nəfərinin isə harda olduğunun bilinmədiyi deyilir.
Təşkilatın hesabatına görə dünya çapında 130-a yaxın jurnalist isə konoravirus pandemiyası ilə bağlı xəbər hazırladıqları üçün hökümətlər tərəfindən əsaslandırılmadan saxlanılıb, onların ən azı 14-ü hal-hazırda həbsxanalarda saxlanılır. Hesabatda bəyan edilir ki, "bütün dünya hökümətləri korona böhranının nəticələri ilə bağlı müstəqil mətbuatı basqı altında saxlamağa çalışır".
Hesabata görə Çində 117, Səudiyyə Ərəbistanında 34, Misirdə 30, Vyetnamda 28 və Suriyada 27 mətbuat işçisi həbsə atılıb. Dünya çapında həbsdə olan qadın jurnalistlərin sayının isə 42 olaraq bildirilir. Həbsdə olan qadın jurnalistlərin sayının keçən ilkinə görə 35 faiz daha çox olduğu da ortaya çıxıb.
Mətbuatın ən azad olduğu ölkə Norveç, heç azad olmadığı ölkə Şimali Koreyadır
Həmçinin hesabatı hazırlayanların rəyinə görə bu il beş jurnalist isə edam cəzasına məhkum edilir. Bunlardan biri yaxın günlərdə edam edilən iranlı bloqqer Ruhullah Zemdir.
Təşkilatın bu il yaydığı mətbuat azadlığı siyahısında ilk yerləri Norveç, Finlandiya, Danimarka, İsveç, Niderland alarkən, son yerləri isə İran, Suriya, Vyetnam, Cibuti, Çin, Eritreya, Türkmənistan və Şimali Koreya alır.
Sərhəddsiz Reportyorlar-ın məlumatına görə Azərbaycanın qonşuluğundakı Türkiyədə hal-hazırda 13 jurnalist peşə fəaliyyətinə həbsdədir. Türkiyə media azadlığı indeksinə görə 180 ölkə arasında 154-cü sırada yer alır.
Gürcüstan, Ermənistan 60, 61-ci yerdəykən Azərbaycan 168-ci yerə qədər geriləyib.
Mətbuat azadlığına görə Azərbaycanın Qafqazda digər qonşuları Gürcüstan və Ermənisan müvafiq olaraq 60 və 61-ci yerdəykən, Azərbaycan siyahının lap sonlarında - 168-ci yerdə qərar tutub.
Sərhəddsiz Reportyorlar Təşkilatının ekspertlərinin fikrincə "Azərbaycan bu il daha 2 pillə geriləyəyib, 166-cı yerdən 168-ci yerə düşüb. Ölkədə plüralizmin bütün formaları 2014-cü ildən bəri amansızlıqla boğulub, jurnalistlər absurd səbəblərdən həbsə atılıb. 2019-cu ildə mətbuatın əsas senzoru adlandırılan Əli Həsənovun vəzifəsindən getməsi ilə mətbuat azadlığının vəziyyətinin yaxşılaşacağına ümüdlər yaransa da 2020-ci ildə bu ümüdlər darmadağın edilib. Ölkədə azad media saytları bloklanıb, hər cür müstəqil qəzetlər bağlanılıb" - də Sərhəddsiz Reportyorlar Təşkilatının 2020-ci il üçün yaydığı yeni hesabatında bildirilir.