Şəhid anası ona verilən 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı

Şəhid anası ona verilən 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı
7 Dekabr 2020
Mətni dəyiş

Azərbaycanda şəhid ailəsi dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Müharibədə şəhid olan Kürdəmir rayonunun Karrar qəsəbəsinin sakini, şəhid Zülfüqarov Məlik Kamran oğlunun ailəsinə 10 min manat məbləğində birdəfəlik yardım ayrılıb.

Şəhidin anası həmin vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb

19 yaşlı M.Zülfüqarov Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun