Rusiya Qarabağ üçün Qırmızı Xaça 4 milyon ayırıb, uşaqlara da müdafiə dərsləri keçib

Rusiya Qarabağ üçün Qırmızı Xaça 4 milyon ayırıb, uşaqlara da müdafiə dərsləri keçib
26 Dekabr 2020
Mətni dəyiş

Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Dağlıq Qarabağdakı humanitar fəaliyyətinə görə 4 milyon manata qədər yardım ayırıb.

Beynəlxaq Qırmızı Xaç Komitəsinə 4 milyon manat ayrılması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.

"Rusiya hökumətinin qərarına uyğun olaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələrinin həllinə yönəlmiş tədbirlərin görülməsini maliyyələşdirmək üçün 2 milyon İsveçrə frankı ayrılıb", - deyə məlumatda qeyd olounub.

Rus sülhməramlıları Xankəndidə orta məktəbdə şagirdlərə 'sülhməramlılıq' dərsi keçib. Dərs zamanı uşaqlara Rusiya hərbi hissələrinin sülhməramlı fəaliyyəti, habelə partlayıcı qurğulardan qorunmaq üçün təhlükəsizlik tələbləri barədə məlumat verilib.

Təlimdə uşaqlara həm partlayıcı qurğuların növləri, həm də belə təhlükəli bir qurğu aşkar edildikdə nə etməli olduqları öyrədilib.

Dərslərdə 80-dən çox şagird, eləcə də müəllimlər və şagirdlərin valideynləri iştirak ediblər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 43 mindən çox erməni Dağlıq Qarabağa qaytarılıb.

Rusiya həm də ərazilərin minalardan təmizlənməsi fəaliyyəti aparır. Bu günlərdə verilən məlumata görə, artıq Dağlıq Qarabağda 274 hektar ərazi, təxminən 105 kilometr yol və 451 ev rus sülhməramlıları tərəfindən minalardan təmizlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun