Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı qüvvələrin əməliyyat xəritəsini yeniləyib

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı qüvvələrin əməliyyat xəritəsini yeniləyib
14 Dekabr 2020
Mətni dəyiş

Rusiya Müdafiə Nazirliyi bazar günü Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin yenilənmiş əməliyyat xəritəsi dərc edib, RIA Novosti xəbər verib.

Xəritənin yeni versiyasında , "sülhməramlı qüvvələrin "Cənub" məsuliyyət zonasına "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) cənub-qərbindəki Hin Tağlar kəndi əlavə edilib," - məlumatda deyilir.

Bundan əvvəl həmin ərazidə Ermənistan və Azərbaycan hərbçiləri arasında silahlı toqquşmaların baş verdiyi bildirilmişdi.

Şənbə günü Ermənistan Müdafiə Nazirliyi, dekabrın 12-də Hadrut bölgəsinin iki kəndinə - "Hin Tağlar və Xtsaberdə" - Azərbaycan hərbçilərinin hücum etdiklərini və ermənilər tərəfindən altı nəfərin yaralandığını bildirib.

Azərbaycan Müdafiə Nazirliyi noyabrın 26-da və dekabrın 8-də baş verən ermənilərin qəfil hücumu nəticəsində dörd hərçinin həlak olduğunu və ikisinin yaralandığını, eləcə də Azercell şirkəti əməkdaşının ağır yaralandığını bildirib.

RİA Novosti-nin məlumatında qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın dediyinə əsasən, "Rusiya sülhməramlılarının gəlişindən sonra Hin Tağlar və Xtsaberd kəndi yaxınlığında döyüşlər dayanıb". Eyni zamanda, onun sözlərinə görə, "bu yaşayış məntəqələrinin bəzi hissələri Azərbaycan xüsusi təyinatlı dəstələrinin nəzarətinə keçib."

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyovun sözlərinə görə, Rusiya sülhməramlıları öz missiyalarını Azərbaycan tərəfinin razılığı olmadan Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan əraziyə keçirə bilməzlər.

"Onlar bu bu xəritəyə nəsə çəkə bilərlər, amma sual ondadır ki, Azərbaycan onların çəkdiyini qəbul edəcəkmi? Düşünmürəm ki, bu qəbul olunsun," - Musabəyov deyib.

Millət vəkili hesab edir ki, Rusiya tərəfi sülhməramlı əməliyyat xəritəsinin hər hansı bir yenilənməsini Azərbaycan tərəfi ilə razılaşdırmaq məcburiyyətində qalacaq.

Rusiya tərəfi bunu arzulaya bilər, amma bu o demək deyil ki, Azərbaycan onların istədiklərinə razı olacaq. Həmin kəndlərdə mülki əhali yoxdur. Yalnız bir dəstə silahlılardır və onlar tərksilah edilməlidir," - millət vəkili deyib.

Noyabrın 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanata əsasən, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Qarabağda hərbi əməliyyatları dayandırmaq razılığına gəliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun