Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan pomidor idxalına qadağa qoyulduğunu elan edəndən sonra, eyni qadağa Ermənistana da şamil edilib. Beləliklə, dekabrın 14-dən etibarən, Ermənistanın Armavir bölgəsindən Rusiyaya pomidor və bibər idxalı qadağan ediləcək.
"RİA Novosti”nin məlumatına görə, "Rosselxoznadzor" Ermənistandan idxal edilən pomidor və bibərdə xəstəlik ("pepino mosaic virus") tapıldığını bildirib.
"Rosselxoznadzor" təhlükəsizlik amillərinin nəzərə alaraq, Ermənistanın tərəvəz məhsullarına belə bir qadağanın tətbiq edildiyini açıqlayıb.