Rusiya Dağıstanda kütləvi şəkildə ölən Xəzər suitilərini aşkarlayıb

Rusiya Dağıstanda kütləvi şəkildə ölən Xəzər suitilərini aşkarlayıb
12 Dekabr 2020
Mətni dəyiş

Rusiya rəsmiləri Xəzər dənizi sahillərində ölü formada aşkar edilmiş 270-dən çox nəsli kəsilməkdə olan suitinin ölümünü araşdırdıqlarını deyirlər.

Dövlət Balıqçılıq Agentliyi Rosrıbolovstvo-nun regional bölməsinin dekabrın 11-də verdiyi məlumata əsasən 6 - 10 dekabr tarixlərində Dağıstanın Şimali Qafqaz bölgəsindəki bir çox yerində ən azı 272 ölü Xəzər suitisi tapılıb.

Dəniz məməlilərinin əksəriyyəti Dağıstanın paytaxtı Mahaçqala ilə Sulak çayının dənizə töküldüyü yerdə aşkarlanıb. Bir rəsminin TASS-a verdiyi məlumata görə, daha çox ölü suitinin hələ aşkar edilə biləcəyi gözlənilir.

Məsələni araşdırmaq üçün Rusiya Elmlər Akademiyasının bir qrupu kömək etmək üçün Moskvadan sözügedən əraziyə gedib.

Rosrıbolovstvo-nun mətbuat xidməti kütləvi şəkildə ölümə əlverişsiz hava şəraiti ilə bərabər viral və ya bakterial infeksiyanın səbəb ola biləcəyini bildirmişdi.

Xəzər suitisi dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizində yaşayan yeganə məməlidir.

Əsrin əvvəllərində onların sayının 1 milyondan çox olduğu təxmin edilirdisə indi bu endemik növlərin on illərdir dənizdə həddindən artıq ovlama və sənaye çirklənməsi nəticəsində 70.000-dən az olduğu təxmin edilir.

Beynəlxalq Təbiəti Qoruma Birliyi tərəfindən 2008-ci ildən bəri nəsli tükənməkdə olan növlər siyahısına daxil edilmiş bu növ bu il həmçinin Rusiyanın nəsli kəsilməkdə olan və nadir növlərin Qırmızı Kitabına daxil edilib.

Beş sahil dövləti - Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanın bölüşdüyü Xəzər dənizi böyük neft və qaz ehtiyatlarına malikdir.

Karbohidrogen hasilatı ilə çirklənmə və suyun səviyyəsinin azalması bir çox yerli növ üçün təhlükə yaradır və dənizin gələcəyini risk altına qoyur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun