10 Dekabr 2020
Mətni dəyiş
Rusiya hərbi həkimləri Dağlıq Qarabağda sülməramlı əməliyyatlar zamanı burada yaşayan 360-dan çox erməni sakinə kömək edib. Bu haqda dünən Rusiya müdafiə nazirliyi məlumat yayıb.
"Ümumilikdə rus hərbi həkimləri tərəfindən 368 Dağlıq Qarabağ sakininə kömək edilib, onların 41-i uşaqdır" - məlumatda deyilir.
Xatırladaq ki, rus mobil hərbi hospitalı Xankəndində qurulub. Burada terapevtlər, cərrahlar və başqa tibb işçiləri xəstə qəbul edir. Həkimlər daha çox xroniki xəstəliklərdən, ürək-damar xəstəliklərindən və diş ağrılarından müraciət edən xəstələrin olduğunu deyir.