Robert Koçaryan: “Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”

Robert Koçaryan: “Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”
5 Dekabr 2020
Mətni dəyiş

“Son bir ayda mətbuatı izlədiyim üçün yeni heçnə deməyəcəyəm. Praktik olaraq hər şey artıq deyilib, bunun niyə baş verdiyini anlamaq üçün sadəcə ümumiləşdirmək olar. Birincisi, münaqişənin nizamlanmasına dair danışıqlar prosesi dalana dirəndi və bu bilərəkdən edildi. İş o yerə çatdı ki, ATƏT-in Minsk Qrupu həmsədrləri nə baş verdiyini belə anlamadılar. Erməni tərəfi danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirmək üçün müxtəlif fəndlərə əl atdı”.

Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan “5”ci kanala müsahibəsində deyib.

“Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı anda başladı. Maneələr yarandı, erməni tərəfinin günahı ucbatından hər şey uğursuz oldu. Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”-deyə, o bildirib.

Robert Koçaryan Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın həm hərbi, həm də diplomatık sahədə məğlub olduğunu deyib. Onun sözlərinə görə, 2020-ci ilin iyul ayında baş verən Tavuş döyüşləri də Ermənistan tərəfindən başladılıb.

“Bu döyüşlər bizim tərəfimizdən başladıldı. Baş qərargah rəisi 12 iyunda Ermənistanın müharibəyə hazır olmadığı ilə bağlı məruzəsindən bir ay sonra müharibəyə başlamaq, bu hadisənin əhəmiyyətini şişirtmək, 70 əsgərə medal vermək, həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək - bu təxribat deyilsə, nədir?.

Digər tərəfdən vəziyyət elə inkişaf etdi ki, Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll etmək şansından məhrum oldu, ona görə də yalnız bir çıxış yolu var idi - müharibə. Bu cür hərəkətlər ancaq güclü olduğun zaman keçərlidir, müəyyən nüanslar təkzib edilir. Lakin belə deyil. Resurslar, əhalinin sayı, büdcə və ÜDM istənilən səviyyədə deyil. Yenə deyirəm, səlahiyyətli şəxslərimiz müharibəni qaçılmaz etmək üçün əllərindən gələni etdilər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun