14 Dekabr 2020
Mətni dəyiş
Dünən, həftənin bazar günü Ermənistanın baş nazirir Nikol Paşinyan bu ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib. İclasda Ermənistan parlamentini spikeri Ararat Mirzoyan, Ərazi İdarəsi naziri Suren Panikyan, hakim "Mənim addımın" parlament fraksiyasının rəhbəri Lilit Makunç, "Çiçəklənən Ermənistan" parlament fraksiyasının rəhbəri Edmon Manukyan, deputat Arman Abovyan və prezident aparatının rəhbəri Emil Tarasyan iştirak ediblər.
Paşinyan dünən Qarabağda erməni-azərbaycanlılar arasındakı sərhəddə gərginlik yaşandığını bildirib.Belə ki, onun sözlərinə görə Qarabağda iki kəndin (Xsaberd və Xin Taxer) ətrafında döyüşlər baş verib, döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin bölmələri və Qarabağ qüvvələri iştirak edib. Döyüşlər nəticəsində hər iki kənd qismən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Rusiya sülhməramlıları gələndən sonra vəziyyət sabitləşib.
Paşinyan deyib ki, bizim ən az 6 yaralımız var, qalan zərərçəkmişlər haqda məlumatlar dəqiqləşdirilir.
"Bu gün səhərdən rus sülhməramlıları böyük qüvvə ilə o rayona daxil olublar. Hal-hazırda vəziyyət nisbətən stabildir, ən azından orda sülhməramlıların olması gələcək gərginliklərin önünü alacaq".
Paşinyanın sözlərinə görə birgə imzalanan razılaşmada Qubadlı və Zəngilan rayonları haqda heç nə yoxdur, çünki razılaşmaya qədər bu ərazilər artıq Azərbaycanın nəzarəti altına düşmüşdü. "Danışıqlar zamanı bu ərazilərlər Ermənistanın sərhəddlərinin dəqiqləşdirilməsi barədə artıq söhbətlər getmişdi. Gərginlik yaşana biləcək növbəti situasiya bu ərazilərlə bağlı ola bilər. Məsələ ondadır ki, bizimçün strateji vacibliyi olan yol bu ərazilərdən keçir, sərhəd koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı müəyyən suallar mövcuddur. Dünən gecəyarısına qədər Moskvada bizim müdafiə nazirinin iştirakı ilə danışıqlar gedib. Vəziyyətdən çıxmaq üçün bir neçə təklif var, yaxın zamanda onlardan birinin tətbiqi bizə təklif olunacaq" - deyə Ermənistanın baş naziri bildirib.
Paşinyan həmçinin əsirlərin dəyişdirilməsi sahəsində Azərbaycanla danışıqlarda mühüm irəliləyişlər olduğunu da deyib.