Nigeriyada 400-ə yaxın şagird silahlı qruplaşma tərəfindən məktəbdən qaçırılıb

Nigeriyada 400-ə yaxın şagird silahlı qruplaşma tərəfindən məktəbdən qaçırılıb
14 Dekabr 2020
Mətni dəyiş

Nigeriyanın Katsina bölgəsində məktəbdən silahlı qrup tərəfindən qaçırılan yüzlərlə şagirdin ailəsi hökumət rəsmilərinə müraciət edərək, övladlarının xilas edilməsini xahiş ediblər.

Nigeriya hökumətinin sözçüsü Əbdül Labaran Reuters xəbər agentliyinə açıqlamasında bildirib ki, şagirdlər xilas olana kimi səylərini davam etdirəcəklər.

Nigeriya ordusunun və xüsusui xidmət orqanlarının xilasetmə əməliyyatlarını həyata keçirtmək üçün Katsina yaxınlığındakı Kankara bölgəsində olduğunu deyən sözçü əlavə edib ki, 321 şagirddən hələlik xəbər almaq mümkün deyil. Lakin hökumət düşünür ki, onların bəziləri yaxın əyalətlərə də qaça bilərlər.

Katsinada bütün dövlət məktəblərində tətil olunub. Səbəb kimi təhlükəsizlik məsələləri göstərilib.

Məktəbdə təhsil alan 3 övladından ikisi itkinlər arasında olan ata isə hər gün onların xilas olması üçün dua etdiklərini deyir.

Reuters xəbər agentliyinə danışan 17 yaşlı şagir Yahya deyir ki, o, qaçıb xilas olmağı bacarıb. Yahya deyir ki, hücum edənlər onları meşələrdə fərqli nöqtələrə apararkən, qaçıb xilas olmağı bacarıb.

Nigeriyada mülki şəxslərə hücum edən, onlara qarşı quldurluq edən və uşaqları qaçırıb ailələrindən əvəzində pul istəyən qruplara tez-tez rast gəlinir.

Afrikanın əhalisi ən çox olan ölkəsində təhlükəsizliyin zəif olması, hökumətə qarşı qəzəbi artırır. Bundan əvvəl islamçı qruplaşmalar tarlalara hücum edərək xeyli sayda fermeri qaçırmış və başlarını kəsmişdi.

Nigeriya prezidenti Mohammadu Buxari də açıqlama verərək bildirib ki, silahlı qüvvələr 400-ə yaxın şagirdi qaçıran silahlı qruplaşma ilə atışmaya girib.

Hazırda polis və ordu itkin şagirdlərin tam tərkibini müəyyən etməyə çalışır.

Cümə günü silahlı qruplaşma ilə atışmaya girən polis bir neçə şagirdin qaçmasına şərait yaradıb. Həmin vaxt bir polis əməkdaşı da güllə yarası alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun