Moldovanın yeni seçilmiş prezidenti ruspərəst hökümət və parlamentin istefasını tələb edir

Moldovanın yeni seçilmiş prezidenti ruspərəst hökümət və parlamentin istefasını tələb edir
7 Dekabr 2020
Mətni dəyiş
Dekabrın 6-da Moldovanın paytaxtı Kişinyovda etiraz aksiyası keçirilib. Paytaxt mərkəzindəki meydanda baş tutan mitinqdə kürsüyə bir neçə müxalif siyasi partiyanın rəhbəri çıxıb. Etirazçılar hal-hazırki hökümətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Mitinqdə Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu çıxış edib və bildirib ki, ölkədə hakimiyyət tam dəyişməlidir, hal-hazırda hökümət rəhbəri olan İohan Kikunun hökümət üzvləri tam tərkibdə istefa verməlidir, bundan öncə isə növbədənkənar parlament seçkiləri keçirilməlidir. Sandu hələlik hakimiyyəti tam təhvil verməmiş eks prezident İqor Dodonu hakimiyyəti mənimsəməkdə ittiham edib. O deyib ki: "Dodon yenidən xalqı aldada bilmədiyi üçün acığa düşüb ölkəni alovlara bürümək istəyir. O xaos yaratmaq, Modlovanı beynəlxalq təcridə sürükləmək istəyir. O seçkidəki məğlubiyyətinə görə intiqam almaq istəyir" Moldovanın Avropa inteqrasiyasında maraqlı olan Maya Sandu İqor Dodon hökümətini ruspərəst hesab edir və düşünür ki, ölkənin 30 ilə qədərdir davam edən Dnestryanı münaqişəsinin hələ də çözülməməsinin günahkarı Dodon hökümətidir. Maya Sandu Moldova prezidenti seçildikdən sonra ilk çıxışlarının birində dondurulmuş Dnestryanı münaqişəsinin çözülməsinin və rus sülhməramlılarının ölkədən tam çıxarılmasının önəmliliyini vurğulamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun