Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun istefa tələbindən sonra, baş nazir İon Kiku bu çağırışa əməl etməyəcəyini bəyan edib.
Moldova mətbuatının xəbərinə görə, baş nazir bu barədə dekabrın 7-də hazırda fəaliyyətdə olan prezident İqor Dodonla birgə iştirak etdiyi iclasda danışıb.
"Hökumətin qarşısında indi əmək haqlarının və təqaüdlərin ödənilməsini təmin etmək üçün büdcəni təsdiq etmək kimi bir əxlaqi öhdəlik var, ona görə də mən hamını sakitliyə əməl etməyə çağırıram. Qarşıdakı 10-12 gün ərazində dövlət büdcəsi layihəsini təsdiq etmək lazımdır", - o deyib.
Kiku deputatları büdcə sənədlərinin hazırlanmasına köklənməyə çağırıb. "Qoy bütün lazımi dəyişiklikləri etsinlər. Biz onları həftə ərzində gözləyirik", - baş nazir deyib.
Bir neçə gün əvvəl Kişinyovda tərəfdarları qarşısında çıxış edən Maya Sandu baş naziri təcili istefa verməyə çağırmışdı. O bəyan etmişdi ki, hökumətin təqdim etdiyi büdcə vətəndaşlara kömək edə bilməz və büdcədə korrupsiya sxemləri var.