Dekabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsində Azel.TV saytının təsisçisi Əfqan Sadıqovun işi üzrə hazırlıq iclası keçirilib. Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova bildirib.
Sadıqovanın sözlərinə görə, hakim Nazim Mövsümov müdafiə tərəfin vəsatətlərini, o cümlədən Sadıqovun ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin etməyib.
Şikayətə mahiyyəti üzrə baxılması yanvarın 21-nə təyin edilib.
"Bu qərarla hakim faktiki olaraq Əfqan Sadıqovu ölümə məhkum edib. Adam artıq 55 gündür ki, ədalətsiz azadlıqdan məhrumetmə hökmünün ləğv edilməsi tələbi ilə aclıq edir. Apellyasiya Məhkəməsi ən azından qətimkan tədbirini dəyişdirə bilərdi. Əfqan tələblərindən dönmür və onun yanvarın 21-nə kimi sağ qalması özü sual altındadır”, deyə S.Sadıqova bildirib.