Lavrov BMT-nin baş katibi ilə Qarabağı müzakirə etdi

Lavrov BMT-nin baş katibi ilə Qarabağı müzakirə etdi
4 Dekabr 2020
Mətni dəyiş

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antonio Quterreşlə Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə BMT sistemi təşkilatlarının imkanlarını, həmçinin COVID-19 pandemiyasını müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

“Bu il dekabrın 2-də Rusiyanın “Sputnik-V” vaksininin təşkilat üzvlərinə təqdim olunması da daxil olmaqla, BMT sisteminin “COVID-19” pandemiyasına reaksiya verməsi məsələləri müzakirə olunub”, - məlumatda deyilir.

Bundan başqa, onlar Dağlıq Qarabağda humanitar problemlərin həlli üzrə BMT sistemi təşkilatlarının imkanlarını müzakirə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun