Koronavirus infeksiyasının ən təhlükəli yoluxdurucuları kimlərdir?

Koronavirus infeksiyasının ən təhlükəli yoluxdurucuları kimlərdir?
11 Dekabr 2020
Mətni dəyiş

Səhiyyə mütəxəssislərinin rəyinə görə, qapalı məkanlarda olan və başqaları ilə uzun müddət ünsiyyət saxlayan infeksiya daşıyıcıları koronavirusun ən təhlükəli yoluxdurucularıdır. 

Bu barədə dekabrın 11-də Rusiyanın Lenta.ru portalı məlumat verib.

Nəşrə açıqlama verən, Rusiya Elmlər Akademiyasının epidemioloqu, akademik Aleksandr Qorelov bildirib ki, haqlarında bəhs edilən koronavirus xəstələri infeksiyanın ən təhlükəli daşıyıcılarıdır.

"Bunu edən onların orqanizmi deyil, məhz onların mövcud olduqları mühitdir", - Qorelov deyib.

Elm adamı vurğulayıb ki, xəstə insanlar çətin hava sirkulyasiyası olan məkanlarda daha da təhlükəli olurlar, bunun ən klassik nümunəsi isə "ictimai nəqliyyatdır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun