Bu gün İrəvan məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın yenidən işinə baxılacaq.
Bu barədə Koçaryanın vəkilləri məlumat verib. Proses hakim Anna Danibekyanın sədrliyi ilə aparılacaq.
Eks-prezidentin işi üzrə məhkəmə iclasları sentyabrın sonundan bəri Qarabağdakı müharibə səbəbindən dayandırılmışdı.
Koçaryan 1 mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə günahlandırılır. Ona qarşı cinayət təqibi 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayıb, eyni zamanda Koçaryan siyasətə qayıtdığını elan edib.