Bu gün Kanadada qondarma "Dağlıq Qarabağ Respublikası”nın ("DQR”) müstəqilliyinin tanınmasını nəzərdə tutan qanun layihəsi gözlənilmədən Senatda müzakirəyə çıxarılıb. Amma senator Leo Husakosun müəllifi olduğu qanun layihəsi deputatlar tərəfindən rədd edilib.
Bu barədə dekabrın 10-da Kanada Senatının rəsmi "Twitter” səhifəsində məlumat verilib.
Qanun layihəsinin müəllifi Leo Housakos məsələ ilə əlaqədar olaraq, "Bu gün erməni xalqı üçün kədərli gündür" şərhini verib.