İsrail çərşənbə günü fələstinlilərin işğal altında olan Qərb sahilinin bəzi hissələrini ilhaq etmək planları səbəbiylə İsraillə əlaqələrini kəsdikdən 6 ay sonra Fələstin Muxtariyyəti adına topladığı 1 milyard dollardan çox vergi və gömrük vergisi köçürüb.
Fələstinlilər yeni seçilmiş prezident Co Baydenin ABŞ seçkilərində qələbəsindən sonra İsraillə təmasını bərpa edib. Bayden ilhaqın əleyhinədir və münaqişəyə daha düzgün yanaşacağına söz verib.
Bu vergilər İsrailin işğalı altında olan Qərb sahilinin bir hissəsini idarə edən Fələstin rəhbərliyinin əsas gəlir mənbəyidir. Fələstin koronavirus pandemiyasının yaratdığı iqtisadi böhrana görə on minlərlə dövlət qulluqçusunun maaşını kəsmək məcburiyyətində qalıb.
Fələstin prezidenti Mahmud Abbasın yaxın köməkçisi Hüseyn Şeyx İsraildən təqribən 3,8 milyard şekel (1,1 milyard dollar) alındığını təsdiqləyib. İsrailin Maliyyə Nazirliyi vəsaitin Fələstinə keçən ay İsrail Təhlükəsizlik Kabinetinin təsdiqindən sonra köçürüldüyünü bildirib.
İsrail məhbus ailələrinə və qarşıdurmalarda öldürülənlərə, eləcə də hücumlar zamanı israillilərin qətlində iştirak edən silahlılara ödənilən məbləği həmin vəsaitdən çıxacağını bildirib. İsrail `Şəhidlər Fondu` adlanan təşkilatın zorakılığı təşviq etdiyini, fələstinlilər isə fondun ehtiyacı olan ailələrə yardım etdiyini deyir.
Prezident Donald Trampın yanvar ayında açıqladığı plan İsrailin bütün yəhudilərin məskunlaşdığı ərazilər də daxil olmaqla, İordan çayının Qərb sahilinin üçdə birini ilhaq etməsinə imkan verə bilərdi. Fələstinlilər həmin planı dərhal rədd etdi. Bundan sonra Mahmud Abbas may ayında ABŞ və İsraillə bütün əlaqələrini kəsdiyini və artıq onlarla olan əvvəlki razılaşmalara əməl etməyəcəyini elan etdi.
Avqust ayında Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdırmağı qəbul etməsindən sonra İsrail ilhaq planını dayandırsa da, İsrailin baş naziri Binyamin Netanyahu bu fasilənin müvəqqəti olduğunu deyib.
Bayden fələstinlilərə yardımı və hər iki tərəfi uzun müddətdir dayanan sülh prosesini bərpa edəcəyinə söz verib. Lakin o, bunların necə həyata keçiriləcəyi barədə ətraflı məlumat verməyib.