İşğaldan azad edilmiş rayonlarla sərhəddə 30 erməni kəndi torpaqsız qalıb

İşğaldan azad edilmiş rayonlarla sərhəddə 30 erməni kəndi torpaqsız qalıb
7 Dekabr 2020
Mətni dəyiş
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli müqavilənin şərtlərində görə Ermənistanla sərhəddə olan, Qarabağa bitişik Azərbaycan rayonları yenidən Azərbaycanın nəzarətinə keçib. Bundan sonra Ermənistanın Syünik vilayəti faktiki olaraq sərhədyanı bölgəyə çevrilib. Syünik vilayətinin qubernatorunun müavini Narek Babayan "Haykakan Jamanak" qəzetinə müsahibəsində deyib ki, ümumilikdə 30 erməni yaşayış məntəqəsi Azərbaycanla sərhəd olacaq. Həmin yaşayış məntəqələrinin sakinlərinin ən ciddi problemi isə heyvandarlıq və əkinçiliklə bağlı yaranıb, belə ki, bundan öncə həmin ərazinin sakinləri Azərbaycana məxsus Qarabağətrafı rayonların torpaqlarından istifadə edirdi. Narek Babayan onu da deyib ki, Azərbaycanla sərhəddə ən yaxın erməni yaşayış əntəqəsi sərhəddən cəmi 1-2 km aralıda yerləşir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun