İranın nüvə və raket sistemləri üzrə alimi, Müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı dekabrın 2-dən səfirliyin Bünyad Sərdarov küçəsi, 4 ünvanında yerləşən binasında başsağlığı kitabı açılacaq.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən mətbuata verilən xəbərə görə, bağsağlığı kitabı dekabrın 2-də (14:00 - 16:00), 3-də (10:00 - 12:00; 14:00-16:00) və 4-də (10:00 - 12:00; 14:00 - 16:00) açıq olacaq.
Möhsün Fəxrizadə noyabrın 27-də sui-qəsd nəticəsində qətlə yetirilib.