İranın uranı zənginləşdirməsi planları Avropa qüdrətlərini "dərindən narahat" edir

İranın uranı zənginləşdirməsi planları Avropa qüdrətlərini "dərindən narahat" edir
8 Dekabr 2020
Mətni dəyiş

Britaniya, Fransa və Almaniya, İranın əsas nüvə zənginləşdirmə müəssisəsində əlavə inkişaf etmiş sentrifuqaları qurma planının “dərin narahatlıq doğurduğu” və dünya gücləri ilə 2015-ci ildə imzalanan nüvə anlaşmasına zidd olduğunu bildirib.

"İran diplomatiya məkanını qorumaq məsələsində ciddidirsə, bu addımları həyata keçirməməlidir" - deyə, E3 adlandırılan üç qüdrət 7 dekabr tarixli ortaq açıqlamasında bəyan edib.

Birləşmiş Millətlər Təşkilatının atom gözətçisi olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məxfi hesabatında İranın Natanzdakı yeraltı zavodunda inkişaf etmiş IR-2m sentrifuqasının daha üç kaskadını qurmağı planlaşdırdığı bildirilib.

2015-ci il nüvə sazişinə əsasən, Tehran Natanzda yalnız uranı daha yavaş təmizləyən birinci nəsil IR-1 sentrifuqasından istifadə edə bilər.

Bu, Prezident Donald Trampın ABŞ-ı razılaşmadan çıxarmaq qərarına və iqtisadi sanksiyaların yenidən tətbiqinə cavab olaraq İran tərəfindən nüvə razılaşmasının ən son pozuntusudur.

Saziş hazırad İranın nüvə proqramını izləməyin və məhdudlaşdırmağın ən yaxşı və yeganə yoludur.

Üç Avropa dövləti həmçinin açıqlamalarında İranı 2015-ci il müqaviləsini imzalayan digər tərəflər olan Britaniya, Fransa, Almaniya Çin və Rusiya İranı sanksiyalardan azad etmədiyi təqdirdə hökümətin BMT-nin nüvə sahələrindəki yoxlamalarını dayandırmasını tələb edən və uranın razılıqda icazə veriləndən daha yüksək səviyyədə zənginləşdirməsinə icazə verən qanuna görə danlayıb.

Üçlük həmin qanunun rəsmi olaraq Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) olaraq bilinən nüvə razılaşması altındakı öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini deyib. Bu razılıq nəticəsində İranın nüvə proqramına məhdudiyyətlər rərbiq etməsi qarşılığında İrana qarşı sanksiyaları ləğv edilib.

"Belə bir addım Birgə Hərtərəfli Fəaliyyət Planını qorumaq üçün ortaq səylərimizi təhlükə altına qoyacaq və eyni zamanda ABŞ-ın növbəti rəhbərliyi ilə diplomatiyaya qayıtmaq üçün vacib fürsəti əldən vermək riskini daşıyacaq" deyə bəyanatda qeyd olunur.

U.S. President-elect Joe Biden, who takes office on January 20, has said he is willing to rejoin the nuclear agreement if Iran moves back into compliance.

20 yanvarda vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden İran yenidən razılığa əməl etdiyi təqdirə nüvə razılaşmasına yenidən qoşulmağa hazır olduğunu açıqlayıb.

İran bildirir ki, Tehrana qarşı sanksiyalar ləğv olunarsa, pozuntuları tez bir zamanda aradan qaldıra bilər.

A confidential report by the U.N.’s atomic watchdog, the International Atomic Energy Agency (IAEA), said Iran plans to install three more cascades of advanced IR-2m centrifuges in its underground plant at Natanz.

Under the 2015 nuclear deal, Tehran can only use first-generation IR-1 centrifuges, which refine uranium much more slowly, at Natanz.

The breach is the latest in a series of violations by Iran of the nuclear deal in response to President Donald Trump's decision to withdraw the United States from the accord and his reimposition of punishing economic sanctions.

The agreement is the best and currently the only way to monitor and constrain Iran's nuclear program, the three countries said.

In their statement, the three European powers also rebuked Iran over an Iranian law requiring the government to halt UN inspections of its nuclear sites and step up enrichment beyond the nuclear deal's limits if the remaining signatories to the 2015 deal — Britain, France, Germany, China, and Russia — do not provide relief from sanctions.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun