Əzizi İranda yaşayan Azərbaycan türklərinin ana dilində təhsil hüquqlarını və digər konstition hüquqlarını müdafiə edirdi.
İran vətəndaşı Azərbaycan türklərindən olan aktivist Əli Əzizi "Rejimə qarşı təbliğat aparmaq" və "Güney Azərbaycan Milli Azadlıq Hərəkatına (GAMAC) üzv olmaq" ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib.
İran İnsan Haqları Aktivistləri Agentliyinə (HRANA) görə, Təbriz İnqilab Məhkəməsi onu rejimə qarşı təbliğat apardığı üçün 1 il və GAMAH üzvü olduğu üçün 5 il həbs cəzasına məhkum edib.
Əzizinin qərardan apellyasiya şikayəti verəcəyi bildirilib.
İranda yaşayan Azərbaycan türklərinin ana dilində təhsil almaq hüquqlarını və digər konstitsion hüquqlarını müdafiə edən, Tehran rəhbərliyinin türklərə qarşı siyasətinə sivil addımlarla etiraz edən 23 yaşlı aktivist Əzizi, 2019-cu ilin noyabrında ölkə daxilində benzin artımı ilə əlaqədar keçirilən etiraz aksiyalarına da qatılmışdı.
Əzizi bir ay müddətinə həbs, pul və 20 şallaq cəzasına məhkum edilmişdi.
İranda yaşayan türk kökənli vətəndaşlara qarşı ardıcıl olaraq siyasi təqiblər həyata keçirilir və onların bir çox hüquqları tanınmır.