İran: ABŞ-ın sanksiyaları COVID-19 vaksinlərinə çıxışa əngəl olur

İran: ABŞ-ın sanksiyaları COVID-19 vaksinlərinə çıxışa əngəl olur
10 Dekabr 2020
Mətni dəyiş

İran prezidenti Həsən Ruhani çərşənbə günü bildirib ki, ABŞ sanksiyaları İranın xaricdən dərman və tibbi ləvazimatlar, o cümlədən COVID-19 vaksinlərini almasını çətinləşdirir.

Prezident Donald Trampın administrasiyası ABŞ-ı 2018-ci ildə dünya qüdrətləri ilə imzalanan nüvə razılığından geri çəkəndən bəri İranın bank sektoruna və mühüm neft və qaz sənayesinə ziyan vuran sanksiyalar tətbiq edib.

Birləşmiş Ştatlar dərman və humanitar ləvazimatların sanksiyalardan istisna olduğunu təkid edir, lakin ticarətə tətbiq olunan məhdudiyyətlər səbəbilə dünya boyu bir çox bank və şirkətlər İranla biznes etməyə cəkinir, çünki onlar Vaşinqtonun cəza tədbirləri ilə üzləşməkdən qorxurlar. Ölkə həmçinin beynəlxalq bank sistemindən xaric edildiyi üçün, ödənişlərin ötürülməsi çətinləşib.

“Bizim insanlarımız bilməlidirlər ki, biz dərman, vaskin və ləvazimatları idxal etmək üçün planlaşdırdığımız hər bir addıma görə Trampı yüz dəfə lənətləməliyik,” Rəsmi IRNA xəbər agentliyi Ruhaniyə istinadən bildirib.

O deyib ki, başqa ölkələrdən dərman almaq üçün adi tranzaksiyalar belə çox çətin hal alın və pulları transfer etmək “həftələrlə” vaxt apara bilər.

Ruhani deyib ki, buna baxmayaraq trəsmilər xaricdən vaksin ala bilmək üçün əllərindən gələni edirlər və onlar tezliklə yüksək risk kateqoriyasına daxil olan insanlara vaksin vurmağa ümid bəsləyirlər.

İran ötən həftə öz vaksini üzərində çalışdığını və insanlar üzərində sınaqların gələn ay başlanacağının gözlənildiyini bildirib. İran 80 milyondan çox əhalisi üçün xaricdən 20 milyon vaksin dozası almağı planlaşdırır.

İranda bir milyondan çox yoluxma, 50 mindən çox isə ölüm halı qeydə alınıb ki, bu Yaxın Şərqdə ən yüksək göstəricilərdir.

Rəsmilər regiondakı digər ölkələr kimi qapanma tədbirləri görməkdən çəkinib, çünki onlar bunun ölkədəki onsuzda pis vəziyyətdə olan iqtisadi böhranı daha da pisləşdirəcəyindən narahatdırlar. Sanksiyalar son illərdə ölkə valyutasının dəyərini itirməsinə gitirib çıxarıb ki, bu da öz növbəsində əsas məhsullarına qiymətinin artmasına səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun