İkinci Qarabağ müharibəsində şəhid olanların kredit borcları silindi

İkinci Qarabağ müharibəsində şəhid olanların kredit borcları silindi
2 Dekabr 2020
Mətni dəyiş
Azərbaycan Banklar Assosiasiyası dekabrın 2-də İkinci Qarabağ müharibəsi iştirakçılarının kredit borcu ilə bağlı bəyanat yayıb. 
"Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan Prezidentinin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq müəyyən qərarlar qəbul edib. Belə ki, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi, düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinməsi, hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılması, torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilməsi, həmçinin torpaqların azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilməsinə dair qərarlar qəbul edilib.
ABA-ya üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir”, - deyə bəyanatda bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun